Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər. Bu limit daşıma haqqı daxil olmaqla nəzərdə tutulmuşdur.
Ödəniş tarifləri çatdırılma ediləcək əraziyə görə dəyişır. Siz bir neçə bağlama üçün yalnız bir ödəniş edirsiniz
Bölgələrə çatdırılma Azərpoçt şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bağlamalarınız poçta təhvil verildikdən sonra 2-3 iş günü ərzində qeyd etdiyiniz bölgədəki Azərpoçt filialına çatdırılır.
Gömrük dəyəri məhsulun qiyməti və daşınma haqqının toplam dəyəridir. Smart Customsda mobil tətbiqetməsində də Gömrük dəyəri xanasına həmin məbləğ yazılaraq valyuta USD seçilməlidir. Fakturası olan bağlamanı bəyan etmək üçün Smart Customs mobil tətbiqetməsində və ya e.customs.gov.az saytına adınıza olan nömrə və FİN kodunuz ilə daxil olun. Bağlamanızın tracking nömrəsini yazın və sizə e-mailə göndərilən digər məlumatları olduğu kimi qeyd edin. Bəyan etdikdən 15 dəq sonra bəyannaməniz Elvex profilinizdə görünəcəkdir. Bir bağlamanı sadəcə bir dəfə bəyan edə bilərsiniz, təkrar etməyinizə ehtiyac yoxdur. Əgər FİN yanlışdır xətası alırsınızsa, Tənzimləmələrim bölməsindən FİN kodunuzu düzəldin və nömrənin həmin FİN koda aid olduğuna əmin olun.
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:
1. Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
2. Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
3. Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.
4. Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun və s.)
5. Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
6. Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.
7. Heyvanlar, bitki və toxumlar.
8. Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
9. Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
10. Pul əskinasları, sikkələr.
11. Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
12. Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar)
13. Müxtəlif növ batereyalar və powerbanklar
14. Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.
Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) əsli tələb olunur.
Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifarişimi al" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra "Sifarişimi al" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə, yekun məbləği təqdim edəcək. (Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq.
Türkiyənin istənilən onlayn mağazalarından sifariş edə bilərsiniz. Bunun üçün ilk öncə www.elvex.az saytından qeydiyyatdan keçməlisiniz. Daha sonra, əgər Siz məhsulu birbaşa özünüz onlayn mağazadan alırsınızsa, o zaman tələb edilən adres yerində şəxsi kabinetinizdəki "Türkiyə Ünvanım" adresini qeyd etməlisiniz.