“Elvex.az” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İN/L-396/2021 lisensiyası əsasında qanunvericiliyə uyğun olaraq beynəlxalq poçt bağlamalarının sürətli daşınmasını həyata keçirir. Fəaliyyət sahəmiz əsasən Türkiyə və Amerikadan bağlamaların hava yolu ilə qısa müddətə, etibarlı və tam vaxtında çatdırılmasını təmin etməkdir.
Missiyamız: Professional işçi qüvvəmizlə müştərilərin bir nömrəli seçimi olaraq qalmaq.
Hədəfimiz: Qlobal səviyyədə sinfinin ən yaxşı xidmət göstərəni olaraq tanınmaq.
Dəyərlərimiz:
Keyfiyyət: Əsas diqqətimiz məlumatların əldə edilməsi, emalı və təfsirində yüksək keyfiyyətin təminatına yönəltmək.
Müştəri-yönümlülük: Uzunmüddətli əməkdaşlığı davam etdirmək üçün müştərilərimizin gözləntilərini yüksək səviyyədə qarşılamaq və üstələmək.
İnnovasiya- İşçilərimizin öz işlərinin daha keyfiyyətli görülməsini təmin etmək üçün onları ən son texnoloji yeniliklərlə təchiz etmək, yeni ideya və fürsətlərin yaranmasına yol açacaq iş mühiti yaratmaq.